Mobil versiya
Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir
Tarix: 06-02-2023 | Saat: 12:12
Bölmə:Ölkə | çapa göndər

Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir

Enerji təhlükəsizliyi həm fərdi dövlətlərin, həm də bütövlükdə dünya təhlükəsizliyinin vacib bir komponentidir. Müasir kəskin geosiyasi qarşıdurma şəraitində ölkə iqtisadiyyatı, suverenliyi və müdafiə qabiliyyəti birbaşa enerji təhlükəsizliyinin təmin edilməsindən asılıdır. Buna görə strateji sahə sayılan enerji sektorunun tam dövlət nəzarətində olması milli təhlükəsizliyə nəzarətin vacib şərtidir.
Avropa birliyi ölkələri ilə əməkdaşlıq münasibətləri enerji təhlükəsizliyi problemlərinin səmərəli şəkildə həll edilməsi üçün şərait yaradır. Azərbaycan iqtisadiyyatının enerji sektoru sayəsində inkişaf etdiyini nəzərə alaraq ölkə bu sektoru inkişaf etdirməyə maraqlıdır. Qərb ölkələri Azərbaycanı Avropa birliyində də enerji təhlükəsizliyinin əsas təminatçısı hesab edərək onunla strateji münasibətlərinin səviyyəsini qaldırdılar. Nəticədə, 7 noyabr 2006-cı ildə Azərbaycan Respublikası ilə AB arasında strateji tərəfdaşlığın enerji məsələləri üzrə Anlaşma Memorandumu imzalanmışdır. “Şahdəniz-2” layihəsi çərçivəsində 2013-cü ilin dekabr ayında, dünyanın aparıcı neft-qaz şirkətləri və bir çox Avropa ölkələri tərəfindən təbii qazın istehsalı, pay bölgüsü və ixracatı haqqında son investisiya qərarının imzalanması yalnız Azərbaycan üçün deyil, habelə Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.“Şahdəniz-2” layihəsi, Azərbaycan və Gürcüstan arasında Cənubi Qafqaz boru kəmərinin Trans - Asiya və Transadriatik qaz boru xəttini genişləndirərək Avropanın inşaat planlarının həyata keçirilməsinə kömək edəcək və yeni qaz dəhlizi açacaqdır. Bu məsələlər təhlükəsizlik problemlərinin idarə olunması baxımından Azərbaycan təcrübəsini göstərir. Ənənəvi enerji ehtiyatları bərpa edilmədiyindən Azərbaycan bərpa olunan enerji ehtiyatlarına investisiya yatırmağa başlamışdır.
Artıq həyata keçirilmiş strateji istiqamətləri belə sistemləşdirmək olar. Onlardan biri 2004-cü il 21 apreldə qəbul olunmuş “Alternativ və bərpa olunan enerji ehtiyatlarının istifadəsi üzrə Dövlət Proqramı”dır. Digər bir dövlət proqramı 2005-ci ildə qəbul olunmuş “2005-2013-cü illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin istifadəsi üzrə Dövlət Proqramı”dır. Bu, 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin yaradılmasına gətirib çıxarmışdır.
Milli təhlükəsizliyin kritik tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin olunması çoxistiqamətli, mürəkkəb və aktual məsələdir. Neft və qaz resursları ilə zəngin olan Azərbaycan üçün bu problem mühüm əhəmiyyətə malikdir. Enerji təhlükəsizliyi sahəsində aparılmış araşdırılmalar nəticəsində problemlər, parametrik göstəricilərin təsnifatı təqdim olunmuş, enerji sektorunda kiber təhlükəsizliyin xüsusiyyətləri və təmin olunması məsələri öz əksini tapır. Azərbaycanda bu sahədə aparılan siyasət və perspektivlər şərh olunur.

Əfsanə Allahverdiyeva,
Bakı Slavyan Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024