Rumıniya ilə əlaqələri yaxşılardırmaq və yeni işlərə imza atmaq ildən ilə möhkəmlənir
Tarix: 05-02-2023 | Saat: 15:04
Bölmə:Ölkə | çapa göndər
Prezident İlham Əliyevin cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat ilə əlaqədar.
Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb.
SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Üstəlik bu ölkədə şirkətin digər neft məhsulları müəssisələri də mövcuddur. SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını daha da artırmaq fikirləri var.
Rumıniya ilə əlaqələri yaxşılardırmaq və yeni işlərə imza atmaq ildən ilə möhkəmlənir. Neftimizi Avropaya çatdıran tranzit ölkələrdən biridir. Dekabrın 16-da Rumıniya və SOCAR arasında yeni müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Azərbaycanın Rumıniyada qaz nəqlinə dair əlaqələrin formalaşması və yeni neft-qaz borularının çəkilməsidir. Bu müqavilə Avropada yeni alıcılara Azərbaycan qazı almağa və neft məhsulları müəssisələrin sayını artırmağa imkan yaradacaqdır. Ölkəmizin Rumıniyada qaz sektoru biznesində daha da irəli planda olduğu ilə nəticələnə bilər.
Ticarət dövriyyəsində də davamlı artım olduğu, keçən il Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsində 2,4 dəfə artım qeydə alındığı diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizinin, Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanlarından bəhs olunub. Enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, sosial, mədəniyyət və s. sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
Leyla Bayramova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024