Mobil versiya
Novruz Aslanov növbəti qəbulunu keçirib -Fotolar
Tarix: 03-02-2023 | Saat: 11:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

Novruz Aslanov növbəti qəbulunu keçirib

Fevralın 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda seçicilərini qəbul edib. Qəbulda seçiciləri narahat edən məsələlər müzakirə edilib. Əhalinin sosial müdafiəsi ilə bağlı məsələlərin müzakirəsində təqaüdlər, müavinətlər barədə bir çox suallara aydınlıq gətirilib. Sosial təminat sahəsində yeniliklər barədə qəbula gələn seçicilərə məlumat verən millət vəkili, elektron prosedur qaydalarının əhəmiyyətindən də danışıb. Digər məsələlər barədə də müraciətlər olub, şəxsi məişət problemləri olan sakinlərə müvafiq yardımların edilməsi nəzərdə tutulub. İvanovka kəndinin bir qrup sakini deputatla bəzi məsələlər barədə müzakirələr aparıb. Novruz Aslanov bu məsələlər ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024