Mobil versiya
Rüşvətə görə tutulan dekan barəsində QƏRAR VERİLDİ
Tarix: 02-02-2023 | Saat: 16:52
Bölmə:Ölkə | çapa göndər

Rüşvətə görə tutulan dekan barəsində

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib.

Qərara əsasən, Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərti ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, professor Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanıdır.

Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024