Mobil versiya
Şirvan şəhərində 2 Fevral Gəncləri Günü münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 01-02-2023 | Saat: 17:02
Bölmə:Ölkə | çapa göndər

Şirvan şəhərində 2 Fevral  Gəncləri Günü münasibətilə tədbir keçirilib

01 fevral 2023-cü il tarixdə 2 Fevral “Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilən “Gənclər həftəsi” çərçivəsində Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində hərbi xidmətdə olan gənclər üçün konsert keçirildi. Konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad olundu. Sonra Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsinin zabiti, kapitan Ziya Hacıkişiyev hərbçiləri və bütün gəncləri 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etdi.Konsertdə hərbi xidməti dövründə fərqlənən gənc hərbçilərə Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman təqdim olundu. Eyni zamanda hərbi hissənin komandanlığı tərəfindən Şirvan Şəhər Gənclər və İdman İdarəsinin kollektivi və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları Fəxri Fərmanla mükafatlandırıldı.Sonra konsert proqramı müxtəlif musiqi nömrələri ilə davam etdi. Sonda hərbçilərlə birgə xatirə şəkli çəkildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024