Mobil versiya
Göygöl rayonunda Heydər Əliyev ili çərçivəsində silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 01-02-2023 | Saat: 16:15
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayonunda Heydər Əliyev ili  çərçivəsində silsilə tədbirlər davam edir

Göygöl rayonunda Heydər Əliyev ili ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq 01.02.2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, QHT nümayəndələri və fəal gənclər iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Kəmalə İbrahimova gündəlik məsələni iştirakçıların diqqətinə çatdırmış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən danışmışdır.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirmişdir.
Vüqar İsayev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmış, Müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində Yeni Azərbaycan Partiyasının aktiv rolundan bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir.
Əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat verərək, öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirən Vüqar İsayev Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirmiş, gənclərə gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün daha da aktiv olmalarını tövsiyə etmişdir.
YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Təhsil sektorunun müdiri Elnur Qasımov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Valeh Əsədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin direktoru Raul Abbaszadə, Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və digərləri çıxış edərək, gəncliyin inkişafı ilə bağlı görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışmış, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu bildirmişlər.
Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024