Mobil versiya
Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür
Tarix: 31-01-2023 | Saat: 18:24
Bölmə:Ölkə | çapa göndər

Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür

Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.

Könüllü fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.
5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Cənab Prezident İlham Əliyev qərarını bəyan etmiş və
2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan etmişdir.
Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğal altında olan torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində könüllü iştirak edən, öz qəlbinin səsi, ürəyinin hökmü ilə müqəddəs haqq savaşına qalxan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və rəşadət nümunəsi könüllülüyün dəyərini daha da yüksəltdi.
Həmçinin ölkəmizdə “Könüllü fəaliyyət haqqında” Qanunun, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” haqqında Sərəncamın qəbul edilərək icra edilməsi ölkəmizdə könüllülüyün nə qədər geniş əhəmiyyət daşıdığını bir daha sübut edir”.
Rüstəmzadə Nigar Ziyafət
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024