Mobil versiya
2 fevral - Azərbaycan Gəncləri Günü
Tarix: 31-01-2023 | Saat: 18:20
Bölmə:Ölkə | çapa göndər

2 fevral - Azərbaycan Gəncləri Günü

02 fevral - Gənclər Günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuşdur. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi olmuşdur. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində əvəzsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi.
Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanda bunun nəticəsidir.
Ulu Öndər deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir.
Gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir. Aprel döyüşlərində düşmən qüvvələrinin qətiyyətli şəkildə məhv edilərək işğal altında olan bir sıra ərazilərin azad olunması, Azərbaycan əsgərinin son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəlməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir.
Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir.
Gənclər bizim sabahımızdır. Gənclərimizə dəstək vermək və onları qorumaq bizim sabahımızı qorumaq deməkdir. Hər il fevralın 2-i Gənclər günü böyük təntənə ilə qeyd edilir. Bütün gənclər bu günü səbrsizliklə gözləyir. Təkcə həmin gün deyil, gənclərimiz diqqət mərkəzində olur. Lakin Gənclər günündə onlar xüsusi diqqət və qayğı görürlər. Prezident İlham Əliyev bu günə xüsusilə əhəmiyyət verir.

Nəsimi rayon sakini
Ağaquliyeva Aytac



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024