Mobil versiya
İcra başçısı şəhid anasının və Vətən Müharibəsi iştirakçısının yas mərasimlərində iştirak edib -Foto
Tarix: 28-01-2023 | Saat: 19:24
Bölmə:Ölkə | çapa göndər

İcra başçısı şəhid anasının və Vətən Müharibəsi iştirakçısının yas mərasimlərində iştirak edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci Qarabağ Müharibəsi zamanı şəhid olan Teymur İsmayılovun anası Lilpar Ələkbərovanın və Vətən Müharibəsi iştirakçısı Səlim Kərimovun yas mərasimlərində olub.

aia.az xəbər verir ki, mərasimlərdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və digər rəsmi şəxslər də iştirak ediblər.

Hər iki mərhumun ailə üzvlərinə başsağlığı verən N.Bayramov bildirib ki, torpaqlarımızın azadlığı uğrunda rəşadət göstən hər bir qəhrəmanımız daim qəlblərdə yaşayacaqdır. Şəhər rəhbəri qeyd edib ki, dövlətimiz, onun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələri və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlayırlar.
Xatırlaqdaq ki, Teymur İsmayılov 1993-cü il noyabrın 5-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Səlim Kərimov 2020-ci ildə Vətən Müharibəsində iştirak edib və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024