Mobil versiya
Azərbaycan Ağsaqqallar Şurasında Şimali KiprTürk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib -Foto
Tarix: 25-01-2023 | Saat: 10:40
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan Ağsaqqallar Şurasında Şimali KiprTürk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Azərbaycan Ağsaqqallar Şurasında Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganerlə görüş keçirilib.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov və Aparat rəhbəri Ramin Həsənli iştirak ediblər.

Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganerlə görüşdən məmnun olduğunu qeyd edən Eldar Quliyev ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin hazırda yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın mövcud yaxın əlaqələr konteksində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə böyük töhfələr verdiyini diqqətə çatdıraraq vurğulayıb ki, qardaş Şimali Kipr Türk Respublikası Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdən biridir.

Qurumun fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən sədr Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrə işgüzar səfərlər edən Azərbaycan Ağsaqqallar Şurasının onlarla qarşılıqlı faydalı görüşlər həyata keçirdiyini bildirib. Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədər Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının digər tədbirlərlərlə yanaşı, may ayının əvvəllərində “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda geniş beynəlxalq konfrans keçirəcəyini xatırladıb və Şimali Kipr Türk Respublikasının nümayəndələrini də bu tədbirə dəvət edərək, qarşılıqlı əməkdaşlığın artırılmasınınəhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurası sədrininbirinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və sədr müavini, millət vəkili, professor Eldar İbrahimov da böyük türk millətinin bir parçası olan Şimali Kipr Türk Respublikası ilə bağlı özfikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq,xalqlarımızın mənafeyinə xidmət edən gələcək planlardan bəhs ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının inzibati binasında yaradılan şəraitlə tanış olan Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer səmimi qəbula görə öz təşəkkürünü bildirərək, iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb, Azərbaycanla bağlı xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. Əlavə edib ki, bundan sonra da böyük məmnuniyyətlə Azərbaycan Ağsaqqallar Şurası ilə əlaqələri genişləndirəcək və keçirilən tədbirlərdə yaxından iştirak edəcəklər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə