Mobil versiya
YAP Samux rayon təşkilatında “Azərbaycan qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi” mövzusunda tədbir keçirildi. -Foto
Tarix: 19-01-2023 | Saat: 12:50
Bölmə:Ölkə | çapa göndər

YAP  Samux rayon təşkilatında “Azərbaycan qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi” mövzusunda  tədbir keçirildi.

aia.az xəbər verir ki, 19 Yanvar 2023- ci il tarixində YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Azərbaycan qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi” mövzusunda tədbir keçirildi. Əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Sonra tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 20 yanvar faciəsinin yaranma səbəbləri və bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə danışdı. 20 Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına deyil, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu bildirdi. Gündüz Bayramov onu da qeyd etdi ki, yalnız dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra faciənin baş verməsinin səbəbləri araşdırılıb, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi.   Gündüz Bayramov, Ulu öndərin siyasi idarəçiliyini böyük məharətlə davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar faciəsi qurbanlarının xatirəsini daim uca tutduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırdı.
Sonra dəyirmi masada iştirak edən Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd etdi. Bildirdi ki,  bu qanlı hadisələrindən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü. Natiq həmçinin bildirdi ki, gənclərimiz bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməlidir.
Daha sonra dəyirmi masada iştirak edən ərazi partiya təşkilat sədrlərindən Şəmistan Yusifov, Elvin Quliyev, Aytən Məmmədova, Gülmira Nəbiyeva və YAP fəallarından Sevinc Məmmədova  Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında hüznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını, öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu qeyd etdilər. Bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsindən danışdılar, sonralar faciəyə siyasi qiymətin verilməsində ulu öndərin böyük rolu olduğunu xüsusi ilə vurğuladılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024