Mobil versiya
İqtisadi inkişafın əsas göstəricilərindən biri
Tarix: 18-01-2023 | Saat: 11:48
Bölmə:Ölkə | çapa göndər

İqtisadi inkişafın əsas göstəricilərindən biri

Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir;

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdə iştirak edib. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiya naziri Sultan bin Əhməd əl-Cabirin çıxışından sonra cənab prezidentimiz İlham Əliyev tədbirdə çıxış edib.
Cənab prezidentimizin çıxışında ilk olaraq təbii ki, onun yüksək natiqlik keyfiyyəti hiss olunurdu. Ölkə başçımız İlham Əliyev açılış mərasimindən əvvəlki gün Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşünün olduğunu bildirdi. Cənab prezidentimizin qeyd etdiyinə görə bu görüş Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi.
Daha sonra prezidentimiz qeyd etdi ki, Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik çünki biz enerji təhlükəsizliyimizi bir neçə il əvvəl təmin etmişik. Bildiyimiz kimi bu güm Azərbaycan təkcə öz enerji təhlükəsizliyini təmin etmir həmçinin təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini ixrac edir.Təbii qaz ixracı hər il milyard kubmetrlərlə artır. Azərbaycan dövləti cənab prezidentimiz İlham Əliyevin başçılığı altında hər gün inkişaf edir və inkişaf etməyə dəvam edəcəkdir.

Ayişə Çunayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024