Mobil versiya
Naxçıvanda nazir və komitə sədri İŞDƏN ÇIXARILDI
Tarix: 11-01-2023 | Saat: 10:45
Bölmə:Karusel / Ölkə | çapa göndər

Naxçıvanda nazir və komitə sədri

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.

aia.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Azər Zeynalovun digər sərəncamı ilə Hicran Yaqub oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024