Mobil versiya
“Sədərək”də 20 mağaza yanıb - FHN-dən yeni MƏLUMAT
Tarix: 09-01-2023 | Saat: 12:33
Bölmə:Ölkə | çapa göndər

“Sədərək”də 20 mağaza yanıb - FHN-dən yeni MƏLUMAT

“Sədərək”də 20 mağaza yanıb - FHN-dən yeni MƏLUMAT
Fövqəladə Hallar Nazirliyi dünən “Sədərək” ticarət mərkəzində baş verən yanğın barədə məlumat açıqlayıb.

aia.az xəbər verir ki, məlumatda bildirilib ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024