Mobil versiya
Azərbaycanda iş adamı özünü avtomobilində güllələdi - Təfərrüat
Tarix: 05-01-2023 | Saat: 12:23
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda iş adamı özünü avtomobilində güllələdi

Naftalanda baş verən intiharın bəzi təfərrüatları məlum olub.

aia.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb. 63 yaşlı Feyruz Qocayev özünə məxsus "Nissan" markalı, 46 BA 222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd "Stoeger" markalı tüfəng götürüblər.

Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən "Şəfa" sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.

F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024