Mobil versiya
NAYORA-nın sədri Azər Əliyev 2022-ci il üçün təşkilatda görülən işlər haqqında mətbuata yekun açıqlamalarını verib
Tarix: 30-12-2022 | Saat: 16:16
Bölmə:Ölkə | çapa göndər

NAYORA-nın sədri Azər Əliyev 2022-ci il üçün təşkilatda görülən işlər haqqında mətbuata yekun açıqlamalarını verib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası artıq 27 ildir ki, fəaliyyət göstərən ölkənin aparıcı gənclər platformasıdır və ətrafında 147 gənclər təşkilatını çətir təsisat olaraq birləşdirir.

Bu haqda NAYORA-nın sədri Azər Əliyev məlumat verib, həmçinin başa çatmaqda olan ildə qurumun gənclər təşkilatları və gənclərlə iş sahəsində gördüyü işlərdən danışıb. O, qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası fəaliyyətində gənclər təşkilatlarının koordinasiyası və inkişafı, eyni zamanda gənclərin bilik və bacarığının demokratik dövlət quruculuğu işlərinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına yönəltməyi əsas vəzifə kimi qarşıya qoyur. Başa çatmaq üzrə olan ildə gənclər təşkilatları ilə birlikdə fəaliyyətlərin kifayət qədər səmərəli və məhsuldar olduğunu xüsusilə vurğulayıb.

“Həmin fəaliyyətlərdən birinin elə ilin əvvəlində Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral milli gənclər günü münasibətilə keçirilmiş tədbirdir. Qeyd etdiyim tədbirdə üzv və tərəfdaş olan gənclər təşkilatlarını aktiv fəaliyyətlərinə görə təltif etdik”.

Ümummilli məsələlərdə üzv və tərəfdaş gənclər təşkilatları ilə birlikdə həmrəyliyə nail olmaq üçün çalışdıq, minlərlərə gənci ətrafımızda toplayaraq görüş, konfrans və ziyarətlər həyata keçirdik.

Ümumiyyətlə il ərzində gənclər təşkilatlarının inkişafı üçün müxtəlif istiqamətlərdə 100-dən çox gənclər təşkilatı ilə birlikdə 25-ə yaxın genişmiqyaslı layihənin icrası uğurla yekunlaşdırmışıq. Belə layihələrdən biri 3 istiqamət üzrə böldüyümüz Gənclərlə İş Üzrə Menecerlərin İnkişaf Proqramıdır. Baş katiblər, layihə menecerləri və PR menecerlər üçün keçirilən təkmilləşdirmə kursları Lənkəran, Mingəçevir və Şamaxı şəhərlərinin hər birində 40-dan çox təşkilat nümayəndəsinin iştirakı ilə baş tutub. Əsas məqsədimiz isə qeyd olunan şəxslərin bilik və bacarıqlarının artırılması, aralarında əlaqələrin qurulması və inkişaf etdirilməsindən ibarət olub. Layihənin geri dönüşləri və nəticələri müsbət olduğu üçün biz həmin layihəni 2023-cü ildə də həyata keçirməyi planlaşdırmışıq.

Daha sonra nümunə göstərəciyim bir layihədə “Gənclər Təşkilatlarının Yay Təcrübə Məktəbi”dir. 100 nəfər təşkilat nümayəndəsinin iştirakı ilə Göygöl rayonunda yay aylarında 5 gün müddətində baş tutan layihə ərzində gənclər təşkilatlarının təcrübə mübadiləsi, müxtəlif dövlət rəsmiləri ilə gənclər siyasətinin tətbiqi istiqamətində müzakirələr, təlimlər və infossesiyalarda iştirak etdik.

2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının V Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sərgini ziyarət edərkən səsləndirdiyi təklifə əsasən iki ildən bir həyata keçirilən sayca beşinci olan Gənclər Təşkilatlarının Konqresini keçirdik. 100 nəfərə yaxın gənclər təşkilatının rəhbərinin iştirakı ilə Gənclər Paytaxtı Tovuzda keçirilən Konqresin məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarə edilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etmək olub.

Gənclər təşkilatlarında media savadlılığının artırılması layihəsi 60-dan çox gənclər təşkilatının 270-dən çox nümayəndəsini bir araya gətirmiş iri miqyaslı layihələrimizdən biridir. Beləki, layihə müddətində işinin peşəkarı təlimçilərlə 6 təlim, 3 görüş, 3 infotur və bağlanış olaraq qeyri-formal görüş etmişik.

Gənclər təşkilatlarının özəl sektorla əlaqələrinin qurulması və inkişafı üçün ilin sonlarına doğru “Özəl Sektor, KSM və Gənclər təşkilatlarının əlaqələrinin gücləndirilməsi” layihəsinin icrasına başladıq. Layihə zamanı 3 təlim və 1 forum həyata keçirdik. Ümumilikdə təlim və forumda 170-dən çox təşkilat nümayəndəsi iştirak etmişdi.

Qeyd etmək istəyirəm ki, bu il əhatə dairəsinə, miqyasına və aldığımız geri dönüşlərə əsasən keçirdiyimiz uğurlu layihələrdən biri də Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramıdır. Proqram bu il artıq ikinci dəfədir ki, keçirilir. Birinci proqramda 12 gənclər təşkilatına, ikincidə isə 8 gənclər təşkilatına resurs dəstəyi göstərərək layihə və ideyalarını həyata keçirməkdə dəstək olmuşuq. Bu layihələr yalnız Bakını deyil, 20 şəhər və rayonu əhatə edib və birbaşa 2100, dolayı yolla 4000-dən çox gənc bu layihənin iştirakçısı olub və ya yararlanıb. Proqram çərçivəsində daha 7 təşkilata 2023-cü ildə resurs dəstəyi göstəriləcək.

Həmçinin onu da vurğulamaq istəyirəm ki, fəaliyyətlərimzdə üzvümüz olan region təşkilatlarını və region gənclərini diqqətimizdə saxlayırıq. Bunu nəzərə alaraq 2022-ci ildə 10-a yaxın şəhər və rayona gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə səfərlər təşkil edərək, həmin rayonlardakı universitet, kollec tələbələri, gənclər işçiləri ilə görüşərək onları dövlətimiz tərəfindən gənclər üçün yaradılan imkanlar və gənclər təşkilatlarının fəaliyyəti barədə məlumatlandırmışıq. Hal-hazırda ilin sonu olmasına baxmayaraq səfərlərimiz Şəki, Gəncə, Quba, İsmayıllı kimi bir sıra rayonlarda davam etməkdədir.

Xüsusilə vurğulamaq istəyirəm ki, bu il də istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə ölkəmizin maraqlarının təmsil olunması, beynəlxalq təşkilatlarla iş, təmsilçilik istiqamətində təşkilatların daha yaxşı fəaliyyəti üçün bir sıra məqsədyönlü işlər görülüb. Bunun nəticəsidir ki, beynəlxalq donorlara təqdim etdiyimiz 5 layihənin həyata keçirilməsi üçün müsbət cavab aldıq. Hesab edirəm ki, bu gün də biz beynəlxalq müstəvidə fəaliyyətimizi daha da güclü şəkildə davam etdirməliyik.

Digər ölkələrin Milli Şuraları, həmçinin üzv təşkilatlarımızın əlaqələrinin gücləndirilməsi baxımından ilin sonlarına doğru Bakıda “Gənclərin Hüquqları üzrə Bacarıqlarının artırılması” layihəsi çərçivəsində 6 ölkənin 38 təşkilatının 45 nümayəndəsi ilə 15 təlim, 3 infotur həyata keçirdik. Ümumilikdə isə beynəlxalq əlaqələrimizin statistikasını açıqlasam əgər, 2022-ci il ərzində 5 beynəlxalq layihə, 21 beynəlxalq səfər, 37 yeni beynəlxalq tərəfdaşla əməkdaşlıq etmişik.

Media ilə əlaqələrimizi ildən ilə inkişaf etdiririk. Yalnız 2022-ci il ərzində xəbər saytlarına göndərdiyimiz 42 xəbər 1043 də saytda yayımlanıb, televiziya kanallarında müxtəlif mövzular üzrə 51 dəfə çıxışımız olub. Ümumilikdə isə 157 xəbər saytı ilə əməkdaşlıq edirik.

Fikirlərimdə sonra doğru yaxınlaşarkən NAYORA-nın qarşıdan gələn ildə yeni fəaliyyət istiqamətləri üzrə daha əzmlə çalışaraq qarşımıza qoyduğumuz məqsədlərə çatacağımıza inanırıq.

Qeyd etmək istəyirəm ki, bu gün ölkəmiz hər bir sahədə yüksək sürətlə inkişaf edir və güclənir. Son illərdə qazandığımız naliyyətlərin fonunda qürurla deyə bilərik ki, Azərbaycan dünyanın ən qabaqcıl inkişaf etmiş ölkələrindən biridir. Bu inkişafın kökündə ölkə başçısının düşünülmüş və uzaq görən siyasəti, ölkə gəncləri üçün ayrılan diqqət və qayğı durur.
Sonda isə Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Gücümüz birliyimizdədir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024