Mobil versiya
Bakıda qoçu qadın sürücü peyda oldu - Yolu kəsib maşını yumruqladı
Tarix: 29-12-2022 | Saat: 16:03
Bölmə:Ölkə | çapa göndər

Bakıda qoçu qadın sürücü peyda oldu - Yolu kəsib maşını yumruqladı

Bakıda qoçu xanım sürücü peyda olub.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib.

Belə ki, 77-AF-960 qeydiyyat nişanlı "Mazda" markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib.

Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr vurub. Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024