Mobil versiya
Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb
Tarix: 29-12-2022 | Saat: 15:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb

Yaponiyada son sutkada 415 nəfər koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məlumatı Yaponiyanın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bu statistika sutkalıq göstəriciyə görə yüksəkdir.


Məlumatda bildirilib ki, çərşənbə günü 216 219 yeni yoluxma halı təsdiqlənib ki, bu, ötən həftə ilə müqayisədə 4% çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yaponiya həftə ərzində COVID-19 virusuna yoluxmaya görə birinci, ən çox ölüm hallarına görə isə ABŞ-dan sonra ikinci yerdə olub.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024