Daun sindromu
Tarix: 29-12-2022 | Saat: 15:18
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Daun sundromu uşağın 46 xromosom yerinə 47 xromosoma sahib olması deməkdir. Bu bir xəstəlik deyil, sadəcə olaraq uşağın digər sağlam uşaqlardan genetik fərqli olmasıdır.
İnsan bədənində olan hüceyrələrin nüvələri xromosomlarla bir-birinə bağlanan genlərdən əmələ gəlmişdir. Bu xromosomlar və genlər insanın əmələ gəlməsində rol oynayan əsas ünsürdür. Əgər xromosomların insan bədənində sayı normada olarsa insanın özü də normal olur. Yox əgər xromosomların sayında fərqlilik varsa dünyaya göz açan uşaqda da fərqlilik və ya normal uşaqlarda olmayan xəstəliklərdən biri baş verir. Hamilə qadında xromosom sayı normada olmayanda adətən döl inkişafdan qalır. Daun sindromu yeganə irsi xromosom anormallığıdır ki, hamiləlik axıra qədər davam edir və fərqli bir uşaq dünyaya gəlir. Daun sindromlu uşağın dünyaya gəlməsində ata-ana səbəkar sayılmır. Hamiləlikdən əvvəl və hamiləlik zamanı baş verən heç bir hadisə Daun sindromlu uşağın dünyaya gəlməsinə səsəb deyil. Bu sarı saç və ya mavi göz kimi fərqli bir xüsusiyyətdir. Daun sindromlu uşaqlar digər həmyaşıdları kimi fərdi xasiyyətə, bacarığa və düşüncələrə sahibdirlər.
Belə uşaqlar ana-ata, bacı və qardaşlarıyla bir yerdə olmaq, başqa uşaqlarla oynamaq, gülmək istəyirlər. Daun sindromlu uşağın həyatda formalaşmasında çevrə və öyrənmə faktorunun rolu böyükdür.
Dünyanın bütün ölkələrində Daun sindromlu uşaqlara rast gəlinir. Dünya yaranandan bəri belə uşaqlar olub və olmaqdadır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər