Böyük Qayıdışına dair I Dövlət Proqramı
Tarix: 29-12-2022 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamına “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.
- Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.
İnfrastruktur:
Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin olunması;
Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi;
Hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi;
Nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulması.
İqtisadiyyatın yenidən qurulması:
Yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması;
Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi;
Yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması;
Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması;
Məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi;
Yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb olunması;
Ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması;
Turizm sektorunun inkişafı.
Sosial inkişaf:
Dayanıqlı inkişafın təmin olunması və yaşayış üçün rahat şərait yaradılması;
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi;
Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması;
Ölkədə mənzil fondunun həcminin artırılması;
Əhalinin məşğulluq imkanlarının artırılması;
Sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi.
Ətraf mühitin tarazlı inkişafı:
Ətraf mühitin mühafizəsinin təmin olunması;
Təbii ehtiyatlardan effektiv istifadə;
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
“Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi.
- Dövlət Proqramının strateji məqsədləri. Proqramın strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilmişdir:
Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək;
Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək;
Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək;
Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək;
Əhalinin məşğulluq imkanlarını artırmaq;
Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək;
Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək;
Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək;
Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq;
Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək;
Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək;
Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq;
Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək;
Təbii resurslardan səmərəli və effektiv istifadə etmək;
“Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının bölgədə tətbiqini təşviq etmək.
- Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr:
Yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi;
Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması;
Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi;
İşğaldan azad edilmiş ərazilərdə su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası;
Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması;
Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması;
Qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının təmin edilməsi;
İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması;
İnsan kapitalının inkişaf etdirilməsi;
Sosial dəstək mexanizmlərinin geniş tətbiqi;
İşğaldan azad edilmiş rayonlarının iqtisadi ixtisaslaşdırılması;
İşğaldan azad olunmuş ərazilərin sənaye potensialının gücləndirilməsi;
Kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması;
Yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi;
Özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi;
Müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi;
Bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması.
Əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, habelə mümkün təhdidlərin qarşısının alınması da əsas prioritetlərdən biridir. Bu ərazilərdə yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi içə həyata keçiləcək bu zaman dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınması vacibdir.
Bununla yanaşı azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması qeydə alınan plan daxilindədir. Əsas vəzifələrdən biri bu ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsidir. Burada həmçinin məskunlaşacaq əhali üçün yeni iş imkanlarının təşkil olunması ilə əlaqədar məşğulluqyönümlü iqtisadi siyasət davam etdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır. Dövlət xidməti mərkəzləri olan “ASAN”, “DOST” və s, mərkəzlərə universal çıxış təmin olunacaq. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir.
İsmayılova Aygün,
Bakı Slavyan Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024