Mobil versiya
Ağsuda idarə rəisinin oğlu dostunu bıçaqladı
Tarix: 29-12-2022 | Saat: 11:02
Bölmə:Ölkə | çapa göndər

Ağsuda idarə rəisinin oğlu dostunu bıçaqladı

Yenixdeber.org: Dekabrın 27-də bir məclisə qatılan gənclər arasında başlayan zarafat sonradan mübahisəyə çevrilib. Nəhayət bıçaqlanma ilə sonuclanıb. Bu haqda "Ağsudan Xəbər" adlı profli istifadəçisi sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə Rauf və Əbdülmahmud Məmmədov qardaşları Bəbirov Tərlan Vaqif oğlu ilə mübahisəni aydınlaşdırmaq üçün Şeyx Dursun qəbiristanlığına getməyə qərar veriblər. Bu mübahisənin gedişində Rauf Səfər oğlu Məmmədov Bəbirov Tərlan Vaqif oğlunu bıçaqlayıb. Yaralı Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, Rauf və Əbdülmahmud Məmmədov qardaşları Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun övladlarıdır.

Məlumatla bağlı Ağsu Rayon Polis Şöbəsindən Yenixeber.org-a hadisəni təsdiq etdilər və bildirdilər ki, faktla bağlı təhqiqat aparılır.

***

Məlumatda adı hallanan Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov məlumatın yalan, əsassız olduğunu bildirdi.

Olayla bağlı ardıcıl məlumatlar verəcəyik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024