Mobil versiya
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib
Tarix: 28-12-2022 | Saat: 11:02
Bölmə:Ölkə | çapa göndər

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində davamlı addımlar atılıb. Bunun nəticəsidir ki, diasporumuz Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edir, milli maraqların qorunması işində səmərəli fəaliyyət ortaya qoyur. Eyni zamanda, Vətən hər birimizin güvənc yeri, qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır

33 il əvvəl,1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli liderin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib.Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq,31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.Həmrəylik yekdil hərəkət və ya qərar üçün qarşılıqlı məsuliyyət, konsensus, öhdəlik deməkdir.Hər hansı bir həyati məsələdə toplumun vahid platformadan çıxış etməsi,ürəklərin bir vurması həmrəylik nümayişidir.Həmrəylik paylaşılan dəyər kimi xüsusi önəm kəsb edir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər dəfə Yeni il ərəfəsində ölkəmizdə coşğu ilə qeyd olunur.Ulu öndərdən qalan mənəvi miraslardan biri də bu bayramdır.Amma, etiraf edək ki, ötənilki və qarşıdakı həmrəylik günləri daha böyük ovqata bələnmişdir. Çünki məhz milli birliyimiz, milli həmrəyliyimiz sayəsində ötən il 44 günlük Zəfər yürüşü sayəsində düşməni əzəli torpaqlarımızdan qovub çıxarmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişik. Böyük qələbəmizi şərtləndirən əsas amillərdən biri isə şübhəsiz ki, iqtidar-ordu-xalq birliyimiz olub.Prezident İlham Əliyev öz çıxışlarında bu barədə fikirlərini dəfələrlə ifadə edib. Möhtərəm Prezident dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir.Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq! Bəli, müzəffər Ali Baş Komandanımızın dediyi kimi, hər kəs bizim gücümüzü gördü, hər kəs “Dəmir yumruğ”un nə olduğunu anladı. Bizim yumruğumuzun dadını görənlər bir də Azərbaycana xain nəzərlərlə baxıb, bizdən torpaq və status uma bilməzlər!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.Günümüzün bu tarixi reallığı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, liderliyinin, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024