Mobil versiya
Peyvənd olunanların sayı AÇIQLANDI
Tarix: 27-12-2022 | Saat: 16:49
Bölmə:Səhiyyə | çapa göndər

Peyvənd olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 930 256, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 777, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 553 nəfər təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024