Mobil versiya
Vətən müharibəsi şəhidi Əli Nağıyevin doğum günü ilə əlaqədar ailə üzvləri ziyarət olunub -Fotolar
Tarix: 27-12-2022 | Saat: 11:59
Bölmə:Ölkə | çapa göndər

Vətən müharibəsi şəhidi Əli Nağıyevin doğum günü ilə əlaqədar ailə üzvləri ziyarət olunub

Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nağıyev Əli Mehman oğlunun doğum günüdür.

aia.az xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının sədr müavini, rayon təşkilatının məsləhətçiləri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Bayıl yaşayış massivi, Neftçi Qurban küçəsi 40 ünvanında Vətən müharibəsi şəhidi Nağıyev Əli  Mehman oğlunun doğum günü ilə əlaqədar xatirə lövhəsi önünə gül dəstələri qoyulmuşdur.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək şəhid ailələrinin, döyüşlərdə iştirak etmiş hərbçilərin və qazilərin Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatələndiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Şəhid Əli Nağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024