Mobil versiya
Azərbaycanın Serbiya ilə əməkdaşlığı milli maraqlara xidmət edir.
Tarix: 26-12-2022 | Saat: 12:03
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın Serbiya ilə əməkdaşlığı milli maraqlara xidmət edir.

Bu gün sürətli inkişaf yoluna qədəm qoyan, dünya ölkələri ilə hərtərəfli əlaqələrini gücləndirən ölkəmizin nüfuzu gündən-günə artır. Azərbaycanla əməkdaşlıq əlaqələrini genişləndirmək, irimiqyaslı layihələrin reallaşdırılmasında birgə fəaliyyət göstərmək istəyən ölkələrin sayı getdikcə çoxalır. Bütün bunlar isə ölkəmizin dayanıqlı, çoxşaxəli iqtisadiyyata, böyük potensiala sahib olmasının və eyni zamanda, etibarlı tərəfdaş kimi tanınmasının nəticəsidir. Dünyada sülhə, əmin-amanlığa və təhlükəsizliyə töhfə verən müstəqil Azərbaycan dövlət quruculuğu yolunda inamlı və uğurlu addımlar atır. Yalnız regionda deyil, bütün dünyada tutduğu mövqeyi ilə yüksək hörmət və ehtiramla qarşılanan Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında səmimi dostluğa, əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirir. Serbiyanın Prezidenti Aleksandar Vuçiçin bu günlərdə ölkəmizə işgüzar səfəri hər iki dövlətin əməkdaşlıq prinsiplərinə sadiqlik nümunəsidir. Görüş çərçivəsində mətbuata bəyanatlarında müstəqil siyasət aparan hər iki ölkə arasında möhkəmlənən münasibətlər yüksək dəyərləndirilib, perspektivlərlə bağlı açıqlamalar verilib.Qeyd olunub ki,Serbiya ilə Azərbaycanın strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək mühüm sənədlərin imzalanması, münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi əlaqələri daha da gücləndirəcək. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir.
Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır söyləməklə energetika sahəsində həlli vacib məsələlərdən söz açan cənab Prezident İlham Əliyev müxtəlif istiqamətlər üzrə ixrac edilən Azərbaycanın təbii resurslarının Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə nəqli ilə bağlı görüləcək işləri də diqqətə çatdırılıb. Vurğulanıb ki, təbii qaz, elektrik enerjisi ilə əlaqədar iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. 2023-cü ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq. Serbiya Prezidentinin bu sözlərində gücün, iqtisadi qüdrətin söz sahibi olduğu indiki məqamda ölkələrin təhlükəsizliyinin qorunması üçün qarşılıqlı, sağlam prinsiplərə əsaslanan dostluğun, əməkdaşlıq prinsiplərinə sadiqliyin əhəmiyyəti əksini tapır. Hər iki ölkənin səyi ilə münasibətlərin mühüm aspektlər üzərində davamlı olacağına əminliyini ifadə edən Serbiya Prezidentinin ölkəmizə işgüzar səfəri güclərin birləşdirilməsi naminə intensivləşən səylərin yaxın illərdə bəhrə verəcəyinə əminlik yaradır.

Rəsmi səfər çərçivəsində imzalanmış sənədlərin ölkələr arasında ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil etdiyini, bu kontekstdə strateji tərəfdaşlıq haqqında sənədlərin xüsusi yer tutduğunu bildirən cənab Prezident İlham Əliyev Azərbaycan və Serbiya arasında mövcud olan əməkdaşlığın strateji hədəfləri olduğunu vurğulamışdır. Ölkə başçımız həmçinin, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə bərpa-quruculuq işləri aparıldığını, 10 min kvadratkilometrdən böyük olan ərazinin yenidən qurulduğunu diqqətə çatdırmışdır. Cənab Prezident İlham Əliyev gündən-günə güclənən, qüdrətlənən Azərbaycanın bundan sonra da ona dost olan ölkələrlə bütün sahələrdə əməkdaşlığını daha da dərinləşdirəcəyini, bunun fonunda Serbiya ilə Azərbaycan arasında səmimi dostluq, tərəfdaşlıq münasibətlərinin daimi olacağını vurğulamışdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024