Mobil versiya
Sumqayıtda Sayman Aruzla görüş keçirilib -Fotolar
Tarix: 25-12-2022 | Saat: 12:30
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtda Sayman Aruzla görüş keçirilib

Qışın soyuğunda küləyin tüğyan elədiyi bir vaxtda Sumqayıtda-Heydər Əliyev Mərkəzində çox isti bir ab-hava hökm sürüb.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Heydər Əliyev Mərkəzi və Sumqayıtlı "Dostlar" klubunun birgə təşkilatçılığı ilə AYB-nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri və müşaviri, tanınmış şair, yazıçı Şayman Aruzla görüş keçirilib.

aia.az xəbər verir ki, öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim edib.

Tədbirdə Azərbcan Yazıçılar Birliyinin Baş müşaviri Rauf Aslanov, şair Daməd Salmanoğlu, tənqidçi Əsəd Cahangir və güneyli ozan Araz Elsəs iştirak edib.
Çağdaş Azərbaycan tənqidinin sayılıb-seçilən nümayəndəsi Əsəd Cahangir Sayman Aruz şəxsiyyətindən və yaradıcılığının məziyyətlərindən geniş və əhatəli danışıb.
Qonaqlar və sumqayıtlı qələm adamları-Ofelya Babayeva, Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Əli Ələmi, Xəqani Abbasəli Öztürk, Fazil Abbasquluzadə, Hümbət Həsənoğlu, Xatirə Fərəcli çıxış edərək indiki vaxtda belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.
Sayman Aruzun şair Nazir Rüstəm, AYB-nin gənc üzvü Gülnar Hüseynova və şairə Lilpar Cəmşidqızının ifasında səslənən qəzəlləri məclisə başqa bir rəng qatdı. İsveçrədə yaşayan Güneyli ozan Araz Elsəsin saz üstə oxuduğu türkülər hər kəsi kövrəldib.
Burda Azərbaycan ruhu bütövləşmişdi, birləşmişdi. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində keçirilən bu görüş vətən üçün qəlbi döyünən hər kəsə qürurverici anlar bəxş edb.

Tədbir boyu Sayman Aruz iştirakçıların suallarını cavablandıraraq, yeni şeirlərini oxuyub.

Sonda AYB Sumqayır bölməsinin sədri Gülnarə Cəmaləddin Sumqayıtda şəhər rəhbərliyi tərəfindən sözə sənətə yüksək dəyər verildiyini söyləyib, qonaqlara və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024