Mobil versiya
Akar azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb
Tarix: 24-12-2022 | Saat: 14:17
Bölmə:Karusel / Ölkə | çapa göndər

Akar azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb

Türkiyə Cənubi Qafqazda stabilliyə önəm verir, bölgədə sülhün bərpa olunması üçün böyük səylər göstərir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını Vətən müharibəsi ilə azad etdiyini xatırladıb.

“Hazırda Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna modernizasiya, təlim, təhsil dəstəyi verir, azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesi davam edir. Bu günə qədər 12 mindən çox şəxsi heyət üçün təlim-təhsil verilib, 4 500 sursat aşkar edilərək məhv edilib, 284 kvadrat kilometr ərazi minalardan təmizlənib”, - deyə o bildirib.

Akar əlavə edib ki, bu il ərzində Azərbaycan və Türkiyənin gücünü, qərarlılığını göstərən genişmiqyaslı “Qardaş Yumruğu” təlimi də daxil olmaqla toplamda 12 birgə təlim icra edilib: “Bundan sonra da Azərbaycan türklərinin yanında olmağa davam edəcəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024