Mobil versiya
Göygöl rayonunda “Ata vəsiyyətini layiqincə yerinə yetirən Lider” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 23-12-2022 | Saat: 17:59
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayonunda  “Ata vəsiyyətini layiqincə yerinə yetirən Lider” mövzusunda tədbir keçirilib

aia.az xəbər verir ki, 23 dekabr 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ad günü münasibətilə “Ata vəsiyyətini layiqincə yerinə yetirən Lider” mövzusunda ərazi partiya təşkilat sədrlərinin və YAP fəallarının iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 illik çoxşaxəli fəaliyyətindən danışdı, onun ata vəsiyyətini layiqincə yerinə yetirdiyini, xalqın etimadına və inamına arxalanaraq torpaqlarımızın işğaldan azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasının yerinə yetirildiyini diqqətə çatdırdı. Azərbaycanın son 19 ildə əldə etdiyi bütün uğurlar cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Vüqar İsayev ölkə rəhbərinin vaxtında və qətiyyətlə verdiyi qərarlarla ölkəmizin regionda lider olduğunu və Prezident İlham Əliyevin tarixə həm də qüdrətli hərbi lider kimi düşdüyünü qeyd etmişdir.

Daha sonra çıxış edən natiqlərdən Gülnarə Həsənova, Valeh Əsədov, Anar Rzayev, Mikayıl Hacıyev və başqaları çıxış edərək Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik nümunəsi olduğunu ifadə ediblər. Çıxışlarda aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığı qeyd edilib, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının dövlətin prioritet vəzifəsinə çevrildiyi, güclü və dayanıqlı iqtisadiyyat yaradıldığı, ölkənin artan imkanlarının insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsinin təmin edildiyi nəzərə çatdırılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024