Mobil versiya
Doğma torpaqlarımıza qayıdacağımız günü, böyük səbirsizliklə gözləyirik
Tarix: 23-12-2022 | Saat: 09:20
Bölmə:Ölkə | çapa göndər

Doğma torpaqlarımıza qayıdacağımız günü, böyük səbirsizliklə gözləyirik

Azərbaycan xalqı Vətən müharibəsindəki qələbəsini artıq iki ildir ki, geniş şəkildə, böyük ruh yüksəkliyi ilə qeyd etməklə, azad edilmiş torpaqlarda abadlıq, quruculuq işlərini planlı tərzdə həyata keçirir.

Qazanılmış şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. İndi həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
Tarixən Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edən şərəfsiz ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.

Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır.​ Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.​

Təbii ki, bu möhtəşəm qələbənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var. İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır.

Şəhidlərimizin qanı , canı bahasına azad olunmuş torpaqlarımıza , həmin torpaqların sakini kimi qayıdacağımız günü böyük səbirsizliklə gözləyirik. Ata-baba yurdumuzu bərpa etmək , orada qurub-yaratmaq həyata keçəcək ən böyük arzumuzdur.

Məhəmməd Əliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024