İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası.
Tarix: 20-12-2022 | Saat: 10:26
Bölmə:Özəl | çapa göndər
44 günlük Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və yenidənqurma işlərinə başlanıldı. İlk sırada duran işlərdən biri yol infrastrukturunun qurulması idi ki, burada hava yolları da müstəsna əhəmiyyət daşıyırdı.
Elə bu məqsədlə Prezident İlham Əliyevin tapşırığı ilə ilk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı. Qısa zamanda aeroport tikilərək ötən ilin oktyabr ayında istifadəyə verildi. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə işlərin sürətli şəkildə həyata keçirilməsi, kommunikasiyanın inkişafı üçün hava limanlarının salınması vacib idi. Artıq Füzuli hava limanı fəaliyyət göstərir. Bir neçə gün öncə isə Zəngilan Beynəlxalq Hava Limanına "Azərbaycan Hava Yolları"nın (AZAL) ən böyük sərnişin təyyarəsi olan "Airbus A340-500" ilk texniki uçuşunu həyata keçirdi. Bu da hava limanının yaxın zamanda açılacağından xəbər verir. Laçında da hava limanının tikintisi sürətlə gedir. İqtisadçılar işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanlarının əhəmiyyətinin böyük olduğunu bildirirlər.
Füzuli hava limanı Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər yoluna inteqrasiya olunduğundan turist səfərlərini də asanlaşdıracaq.
Zəngəzur dəhlizinin də "Şərq-Qərb" nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımından Zəngilanda hava limanına ehtiyac var idi.
Zəngilan və Füzuli hava limanlarının iqtisadi göstəriciləri demək olar ki, eynidir. Hava limanları uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağı, 8 hava gəmisinin dayanması üçün 60 min kvadratmetrlik sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.
Bu limanlar yeni iş yerlərinin açılmasına da xidmət edir. Onların xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından əhəmiyyəti var.
Hava limanları Laçın, Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından da önəmlidir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanları bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərir.
İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın təmin olunması üçün ilk növbədə infrastrukturun yaradılması vacib idi ki, bu da yol infrastrukturundan başlayırdı.
Bu istiqamətdə həm quru yollarının çəkilməsi, həm də hava məkanının ölkənin nəqliyyat infrastrukturuna birləşdirilməsi vacib idi. Azərbaycanda avtomobil yollarının uzunluğu 20 min kilometrdən artıqdır. Bunun da beşdəbiri işğaldan azad olunmuş ərazilərin payına düşür.
Hər bir hava limanının digərindən üstün cəhəti də var. Füzuli Beynəlxalq Hava Limanı daha çox mərkəzi mövqedə yerləşməklə, respublikanın digər ərazilərinin işğaldan azad olunmuş ərazilərlə birləşməsi, logistik fəaliyyətin təmin olunması baxımından böyük önəm daşıyır. Yəni coğrafi koordinatlara baxmış olsaq, görərik ki, bu hava limanından istifadə etməklə daha çox ünvanlara, digər rayonlara səyahət etmək olacaq. Bu da ərazilərin iqtisadi potensialına daha çox töhfəsini verəcək. Buna görə də ilk olaraq Füzuli hava limanı istifadəyə verildi.
Fatimə Talıbzadə.,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024