Mobil versiya
Maskalı şəxslər qadını döyüb qızıllarını apardılar
Tarix: 19-12-2022 | Saat: 11:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Maskalı şəxslər qadını döyüb qızıllarını apardılar

Ağstafa rayonunda quldurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 18-də saat 02 radələrində baş verib.

İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə iş açılıb.

Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025