Ermənistanın Azərbaycan ərazilərində “ölü torpaq” siyaəstinə son qoyulmalıdır
Tarix: 19-12-2022 | Saat: 10:28
Bölmə:Ölkə / Özəl | çapa göndər
30 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzlə yanaşı ekoloji terror həyata keçirir. 30 il ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır. 44 günlük müharibədə biabırcasına məğlub olmalarına, atəşkəs üçün yalvarmalarına baxmayaraq, özlərinə bir havadar tapan kimi əməllərini davam etdirirlər. Dünyanın bu “ən qədim”, “ən sivil”, “ən mədəni” milləti qeyd edilən müddətdə ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemi məhv etməklə endemik biomüxtəlifliyə ən ağır zərbə vurmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir.
Özlərini dünyanın “ən sivil milləti” adlandıran məxluqlar bir tərəfdən təbii sərvətlərimizi talayır, ekologiyanı zəhərləyir, digər tərəfdən torpaqlarımızda mina basdırmaqla yeni bir terror dalğasını sürdürürlər. Təbiidir ki bu cür əməllərə gec-tez adekvat cavab verilməlidir.
Ermənistanın yürütdüyü bu ekoloji terror transsərhəd çay olan Oxçuçaydan da yan keçməyib. Bu çay Ermənistan ərazisində daim çirkləndirilib. Aparılan araşdırmalar zamanı ortaya çıxıb ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır. Nəticədə çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olması Oxçuçayın su ehtiyatlarının istifadəsinin yararsız hesab edilməsinə gətirib çıxarıb. Hazırda Oxçuçay dünyanın ən çox çirklənmiş çaylarından biridir.
Bütün bunlara etiraz edən Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri ekoloqlar. QHT-lər artıq 5-ci gündür ki, Laçın-Şuşa yolunda etiraz aksiyası keçirərək öz etirazlarını diqqətə çatdırırlar. Lakin əraziyə nəzarət edən Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Andrey Volkov hələ də Azərbaycan ekoloqlarının və ekspertlərin mədənlərdə monitorinq aparmasına şərait yaratmır. Ermənistan isə bəhanə gətirərək humanitar dəhlizin Azərbaycan tərəfindən bağlandığı iddiası ilə çıxış edir. Halbuki yol açıqdır və humanitar xarakterli yüklərin daşınmasında heç bir əngəl yoxdur. Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Ermənistan tərəfinin iddiaları isə tamamilə əsassızdır. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Belə olduğu halda Xankəndinə verilən qazın Azərbaycan tərəfindən dayandırılması kimi gülünc iddialar sadəcə ikrah doğurur. Ermənilərin vay-şivən doktrinası daha işə yaramır və dünya bizim nə istədiyimizi görür. ABŞ, Böyük Britaniya kimi dövlətlərin məsələyə reaksiyası da bunu sübut edir. Məsələnin mahiyyətini yaxşı başa düşən supergüclər sadəcə məsələnin sülhlə, heç bir hərbi əməliyyat olmadan həllini istəyirlər. Görünən isə odur ki, biz də eyni şeyi tələb edir, ekologiyanı korlayan, Azərbaycanın sərvətlərini talayan quldurların ərazilərimizdən rədd olub getmələrini tələb edirik. Nəhayət ki Ermənistanın Azərbaycan ərazisindəki “ölü torpaq” siyasətinə son qoyulmalıdır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024