Mobil versiya
Gədəbəydə Şəhid Əliyev Məmməd Cahangir oğlunun məzarı ziyarət olunub -Fotolar
Tarix: 17-12-2022 | Saat: 16:31
Bölmə:Ölkə / Özəl | çapa göndər

Gədəbəydə Şəhid Əliyev Məmməd Cahangir oğlunun məzarı ziyarət olunub

aia.az xəbər verir ki, 17.12.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novoivanovka kənd sakini Əliyev Məmməd Cahangir oğlunun ikinci il dönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin əməkdaşları,Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.
Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024