Mobil versiya
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi ləvazimatlar təhvil verilib
Tarix: 16-12-2022 | Saat: 16:11
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi ləvazimatlar təhvil verilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Cəvahir Süleymanova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) layihə üzrə koordinatorları Ramin Burcəliyev və Rəna Hüseynova “Sağlamlıq xəmsəsi” layihəsi çərçivəsində Gəncə şəhərində olublar.
Səfər çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədovla görüş baş tutub.
Daha sonra ÜST-ün TƏBİB ilə əməkdaşlığı çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasında tibbi ləvazimatların təhvil-təslimi həyata keçirilib. Aptek bölməsinə baş çəkən nümayəndələr tibbi avadanlıqları aptekə təhvil veriblər.
Qeyd edək ki, təhvil verilən ləvazimatların siyahısına cərrah geyimləri, qoruyucu eynəklər, steril cərrahi əlcəklər, tibbi və respirator maskalar, spirt və s. daxildir.

Azər Tağızadə
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024