Mobil versiya
Səngəçalda yanan anbar söndürüldü - YENİLƏNİB
Tarix: 14-12-2022 | Saat: 11:58
Bölmə:Karusel / Ölkə | çapa göndər

Səngəçalda yanan anbar söndürüldü -

Bakıda yanacaq-sürtkü məhsulları saxlanılan anbarda baş verən yanğın söndürülüb.

Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanllan anbarda baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən aia.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024