Mobil versiya
Dumanlı albionlar qələbə qazandı
Tarix: 17-06-2016 | Saat: 12:10
Bölmə:İdman | çapa göndər



Avro 2016-nın seçmə mərhələsində B qrupunun favoriti İngiltərə Uels komandasıyla həlledici oyununa çıxdı. Bundan əvvəl Britaniya təmsilçici Rusiya millisiylə qarşılaşmada axırıncı dəqiqələrdə Berezutskinin vurduğu qolla qələbəni əldən vermişdi. Bu oyunda dumanlı albionlara qələbə mütləq vacib idi.Oyuna ingilislər hücumla başladı. Bir neçə epizodda ingilislərin hücumları nəticəsiz oldu. Vurmayana vurarlar məsəlini 42-ci dəqiqədə Qarid Beyl cərimə zərbəsiylə ingilislərə bildirdi. Onun zərbəsi Co Hard üçün alınmaz oldu 0-1. 2-ci hissəyə ingilisər hücumla başladı. Bunun bəhrəsi 56-cı dəqiqədə Vardi göstərdi 1-1. Bu qoldan sonra ingilislər hücumların kəsərini bir azda artırdı. Azarkeşlər oyunun heç-heçə qurtaracağına inanan vaxtda əlavə olunmuş 92-ci dəqiqəyə səhnəyə Störic çıxdı. Onun qarşılıqlıqdan istifadə etməsi Uelsə baha oturdu 2-1. İngilislər vacib 3 xalı qazandılar. Amma bu son deyil.Beləki əgər Uels Rusiyanı, Slovakiya ingiisləri məğlub etsə dumanlı albionlar qrupda qalaraq Avro 2016 turnirinə erkən əlvida deməli olacaq. İngilislərin baş məşqçisinin Lesterin hücumçusunu ehtiyatda saxlaması gizli silahını gizlətməsi məqamını verir.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024