Mobil versiya
YAP Cəbrayıl rayon təşkilatında, Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib -Fotolar
Tarix: 12-12-2022 | Saat: 13:58
Bölmə:Ölkə | çapa göndər

YAP Cəbrayıl rayon təşkilatında, Heydər Əliyevin  anım günü münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatında,Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev,ərazi partiya təşkilat sədrləri və bir sıra YAP fəalları iştirak ediblər.Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükutla başladı.Sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qonaqları salamladı və nitqinə bu sözlərlə başladı.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir.Bu məktəbin davamçısı Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi.Sonda YAP fəalı Əli Kazımov,Qumlaq kənd ərazi partiya təşkilatının sədri Əsəd Əsədov,Süleymanlı kənd ərazi partiya təşkilat sədri Əli Məmmədli,Karxulu kənd ərazi partiya təşkilat sədri Bəxtiyar Əsədov və YAP fəalı Məlahət Əzizovada çıxış edərək Ulu Öndərimizə olan sevgisindən bəhs etdilər.Tədbir sonda Fəxri Xiyabanda Ulu Öndəri ziyarətlə yekunlaşdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024