Mobil versiya
Azərbaycan xalqının xilaskar oğlu, dahi şəxsiyyət-Heydər Əliyev
Tarix: 11-12-2022 | Saat: 14:54
Bölmə:Ölkə / Özəl | çapa göndər

Azərbaycan xalqının xilaskar oğlu, dahi şəxsiyyət-Heydər Əliyev

YAP Cəbrayıl rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “ Dövlət və xalq üçün yaşanan ömür ” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyəti başçısının müavini Fəridə İbayeva, YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev,İcra Hakimiyyətinin nümayəndələri , partiya fəalları və bir qrup məktəb şagirdləri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev açaraq, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən cəmi şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini təklif etdi. 1 dəqiqəlik sükutdan sonra çıxışına davam edən Məhəmməd Əliyev , Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli yol və yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası haqqında ətraflı danışdı.
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva geniş məruzə ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi.
Sonra anım tədbirində çıxış edən partiya fəalları Hidayət Səfərli, Akif Allahverdiyev, Mayil Əliyev , Nahid Muradov , Vidadi Orucov və Dilqəm Əmiraslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə öz xalqına göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı danışaraq, ona Allahdan rəhmət dilədilər.

Tədbirin sonunda 4 saylı qəsəbə İ.Quliyev adına məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024