Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur
Tarix: 11-12-2022 | Saat: 14:24
Bölmə:Ölkə / Özəl | çapa göndər
Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir, müdrik dövlət xadiminin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir. Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.
Ümumiyyətlə, Heydər Əliyevin adı və fəaliyyəti tarixi, coğrafi, siyasi və mənəvi nöqteyi-nəzərdən genişmiqyaslıdır. Mübaliğəsiz deyə bilərik ki, çoxəsrlik tariximizin Heydər Əliyev erası dövlətçilik salnaməsidir. Çünki Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdur. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdır.
1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.
Müstəsna əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Bu, çoxəsrlik dövlətçilik tariximizin Heydər Əliyev erasının çox mühüm səhifələrindən biri, yeni Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır. Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirməsini və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutmasını mümkün edən bir çox strateji faktor var idi. Birincisi, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Digər tərəfdən, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.
Çox mühüm məqamlardan biri budur ki, Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Həm SSRİ dövründə, həm də müstəqillik dönəmində respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji hədəflərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu Öndər tərəfindən mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş və gücləndirmiş, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Özündə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət, gənc nəslin vətənpərvərlik ideyası əsasında və milli ruhda yetişməsi kimi prinsipləri ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin ideoloji əsasına çevrilmişdir. Bu ideologiyanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların mənafeyini və hüquqlarını qoruması onun milli həmrəylik mənbəyinə çevrilməsini şərtləndirmişdir. Azərbaycançılıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətəninə sıx mənəvi tellərlə bağlı olan, milli dəyərlərin və ənənələrin, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq göstərən və respublikamızı beynəlxalq müstəvidə layiqincə təmsil edən gəncliyin yetişməsi və milli ideya əsasında vətənpərvərlik ruhunda tərbiyəsində çox mühüm rol oynamışdır.
Tarixi şəxsiyyətlərin misilsiz xidmətləri təkcə yaşadıqları və fəaliyyət göstərdikləri dövrlə məhdudlaşmır. Ümummilli Liderin ideyaları bütün dövrlərdə həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, parlaq perspektivini təmin edən dəyərlər sistemi kimi aktuallığını qoruyub, bu gün də belədir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğrultmuşdur. Onun layiqli davamçısı olan cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlamışdır.
Birmənalı şəkildə vurğulamaq olar ki, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqlarımızın şərəfli milli mübarizə, haqq-ədalət mücadiləsi nəticəsində əsarətdən xilas edilməsi, tarixi ədalətin bərpası və ölkəmizin ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev siyasətinin təntənəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail olmuşdur. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Amma, eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.
Bir sözlə, Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirəcək, dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində daha möhtəşəm Azərbaycana şahidlik edəcək!
Qadir Əzizov,
4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024