Novruzəli Aslanov: “Ümummilli Lider Heydər Əliyev Sovet rejiminin bütün təhdidlərini göz altına alaraq SSRİ-nin və Kommunist Partiyasını rəhbərlərinə qarşı ağır, lakin haqlı ittihamlarını səsləndirmişdir”
Tarix: 11-12-2022 | Saat: 12:47
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm də bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif, daha dəqiq desək antoqonist ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nin plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Əslində həmin plenumu tarixi önəm kəsb edən hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. 1970-1980-ci illər ərzində Heydər Əliyevin ciddi səyləri və gərgin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın ən geridə qalmış respublikalarından biri olmaqdan qurtularaq, SSRİ-nin inkişaf etmiş, aparıcı respublikalarından birinə çevrildi. Həmin dövrdə Ulu Öndər həmçinin gələcək müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətli tədbirlər həyata keçirmiş, respublikada hərbi kadrların hazırlanması prosesinə start vermişdir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılması oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Öz fikirlərini davam etdirən deputat bu vacib məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqının tarixinə ən qanlı faciələrdən biri kimi yazılmış 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olmuşdur: “20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı birbaşa keçmiş SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətdir. Lakin o dövrdə respublikaya rəhbərlik edən simalar siyasi iradəsizlik nümayiş etdirərək, bu cinayətə qarşı lazım olan reaksiyanı verə bilməmiş, vəzifəli şəxslər kimi, üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişdilər. Onlardan fərqli olaraq, Ümummilli Lider Heydər Əliyev o zaman totalitar Sovet rejiminin bütün təhdidlərini göz altına alaraq SSRİ-nin və Kommunist Partiyasını rəhbərlərinə qarşı ağır, lakin haqlı ittihamlarını səsləndirmişdir. 1990-cı il yanvarın 21-də rejimin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək, ifşaedici və cəsarətli bir bəyanat vermişdi. Bu hadisələrdən 10 ay sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsi nəticəsində öz siyasi-hüquqi qiymətini aldı.”
Daha sonra N.Aslanov qeyd edib ki, məhz Ulu Öndərin nail olduğu sarsılmaz xalq-iqtidar birliyi bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış ümummilli həmrəylik mühitinin əsasında durmaqla ən parlaq qələbələrimizi təmin edən amil kimi çıxış edir: “Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı 1993-cü ildə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi yolu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı qurtuluşa gedən yolda ilk addını atdı. Ulu Öndər Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Məhz bu səbəbdən Ulu Öndər 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi birmənalı olaraq ölkəmizin dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Məhz Ümummilli Liderin müdrik rəhbərliyi altında 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Məhz həmin illərdə Ulu Öndərin nail olduğu xalqla iqtidar arasındakı birlik ölkənin ən mühüm uğurlarının əsasında durdu. Məhz bu birlik illər sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili siyasət kursu nəticəsində daha da möhkəmləndi və mahiyyət etibarı ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəmizin əsasında duran ümummilli həmrəylik amilini formalaşdırdı.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024