Xalqına həsr edilmiş dahi ömrü
Tarix: 11-12-2022 | Saat: 10:54
Bölmə:Ölkə / Özəl | çapa göndər
Bir gündən sonra, dekabr ayının 12-də Azərbaycan xalqı öz müdrik ağsaqqalı , dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 19-cu ildönümünü qeyd edəcək. Son dərəcə ağır da olsa bu reallıqla barışmalıyıq. Bəli artıq 19 ildir ki, xalqımız bütün tədbirlərini Heydər Əliyevsiz keçirir.
Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimizin müstəsna yeri var.
Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Əminliklə deyə bilərik ki, Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Ona görə ki, artıq onun ən böyük arzusu olan Azərbaycanın ərazi bütövlüyü təmin olunub,Qarabağ torpaqları işğaldan azad edilib. Uzaqgörən müdrik insan, dünya şöhrətli siyasətçi olan Heydər Əliyev bütün varlığı ilə torpaqlarımızın işğalına son qoyulacağına inanırdı. O, üdidlə gələcəyə baxaraq, biz Cəbrayıla, Füzuliyə, Ağdama , Şuşaya , Kəlbəcərə, Laçına qayıdacağıq deyirdi. Onun bu arzularını və vəsiyyətini layiqli siyasi varisi və davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları uğurla yerinə yetirdi.
Noyabr ayının 21-də Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının 30 illik yubiley konfransını Respublika səviyyəsində qeyd edildi. Həmin tədbirdə YAP-ın 30 il ərzində keçdiyi şərəfli yoldan , qazandığı uğurlardan geniş danışıldı. Konfransda partiyanın memarı Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlər barəsində məlumatlar çıxış edənlər tərəfindən xüsusi qeyd edildi. Növbəti 2023-cü il Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Heydər Əliyev ili elan olunub və Ulu Öndərin anadan olmasının 100 illik yubileyi Respublikamızda və bir çox xarici dövlətlərdə qeyd olunacaq.
Azərbaycan xalqı xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil dövlətimiz regionda və dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır.
İnanırıq ki, bundan sonra da Ulu Öndərimizin bütün arzuları həyata keçəcək və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq olan yerdə qərarlaşacaqdır.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024