Mobil versiya
Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.
Tarix: 10-12-2022 | Saat: 16:31
Bölmə:Ölkə | çapa göndər

Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Dünyada tarix haqqında yazanların çox olmasına baxmayaraq tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmağa nisbətdə qat-qat daha çətin və məsuliyyətlidir.
Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbii hesab olunur. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.
Heydər Əlirza oğlu Əliyev 1923-cü ilin may ayının 10-u Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. Daha sonra isə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə qəbul olub,ancaq İkinci Dünya müharibəsi başlayıb və ona təhsilini başa çatdırmağa imkan verməyib.Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, bir müddət sonra Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
Bu gün insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünə bir daha əmin edir, ümummilli lider respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinə əmin olurlar.Bu xidmətləri əlbəttə, sözlə qiymətləndirmək o qədər də asan deyil. Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli olması yadda qalmışdı.Dinamik və taleyüklü proseslərlə fərqlənən  zəngin  dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən bir  zaman daxilində baş verən bir prosesdir və bu zamandan maksimum səmərəli yararlanmaq lazımdır. Onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin daha güclü olmasına yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyətləri, adı ilə bağlı olur. Heydər Əliyev bir dahi  şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri özünü də şəxsiyyətlər idarə edir və eyni zamanda hadisələrin özü də onların izini daşıyır. Fəaliyyətinin hər bir  dövründə zamanı boşa , əksinə, zamanı əməlləri ilə zənginləşdirən  ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmağı bacarmış  və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindən biri olmuşdur
Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.
Müasir siyasi texnologiyada lider üçün xarizma məsələsi çox önəmli amildir. Onun ən böyük fərqindəliyi dərin, həm də universal biliyində, qətiyyətli, işgüzar, hökmlü olmasında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni ən yaxşı şəkildə həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi xarakterinin çox zəngin olduğunu göstərir. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi olduğu üçün nəyi nə zaman deməli, hansı addımı nə vaxt atmaq lazım olduğunu bir zərgər dəqiqliyi ilə bacarırdı. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. . Dünya siyasət meydanında təsir edən proseslərə təsiri baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilməyi bacarmaşdır. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına daha da həvəsləndirilmiş və ruhlandırmışdır.

Fəridə Mamedova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, SABAH qrupları



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024