Mobil versiya
XX əsrin siyasət nəhəngi –Heydər Əliyev
Tarix: 10-12-2022 | Saat: 16:15
Bölmə:Ölkə | çapa göndər

XX əsrin siyasət nəhəngi –Heydər Əliyev

Biz ocağıq, közü sənsən
Müdriklərin gözü sənsən
Azərbaycan bir dünyadır
Bu dunyanın özü sənsən!

Bu gözəl misralar Azərbaycanın şöhrət tacı,yurdumuzun gorən gözü,döyünən qəlbi,vuran qolu dahi rəhbərimiz Heydər Əliyev haqqında deyilmişdir.Elə bir şəxs haqqında ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur.Türk xalqının böyük oğlu tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin xidmətlərini qiymətləndirərək böyük fəxarətlə demişdi: “ Qüdrətli öndərsiz bir millət heçnəyə nail ola bilməz.Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür.Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.

Haqlı olaraq bu gün Heydər Əliyevin adı XX əsrin siyasət nəhənglərinin panteonunda Şarl de Qoll, Uinston Çerçil, Konrad Adekaır, Ruzvelt kimi dahilərlə yanaşı çəkilir.

Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi əvəzolunmaz lideri, min ildən birdəfə doğulan, ömrü boyu xalqını parlaq gələcəyə aparan böyük dövlət xadimi, siyasi rəhbəri, mütəfəkkir filosofu, ən nəhayət dövlətçiliyimizin qorunub saxlanması, ölkəmizin dünyada tanınması, lider ölkəyə çevrilməsi missiyasını öz üzərinə götürən tarixi şəxsiyyəti var.

Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın, onun bu gününün və gözəl gələcəyinin təcəssümüdür.Heydər Əliyevin tarixə bəxş etdiyi böyük töhfə məhz onun oğlu İlham Əliyevdir.

Ulularımız demişlər: -Hər bir bəşər övladı 3 mühüm vəzifəni yerinə yetirməlidir:
Ev tikməli
Ağac əkməli
Layiqli övlad böyütməlidir

Heydər Əliyev Müstəqil Azərbaycan adlı ev tikdirdi. Azərbaycan adlı cənnət bağı saldırdı və nəhayət, İlham Əliyev kimi layiqli övladı xalqımıza bəxş etdi.

Tahirə Abbasova,
A.Şaiq adına 54 №li tam orta məktəbin
tarix müəllimi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024