Mobil versiya
"Hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb" - Baş nazir
Tarix: 09-12-2022 | Saat: 12:18
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

"Hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb" -

"Hazırda Azərbaycanda həyati vacib dərman təmninatında hər hansı ciddi çətinlik müşahidə olunmur".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb: “Azərbaycan əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxunu idxal edir. Beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi Tarif Şurası tərəfindən müvafiq qaydalara uyğun həyata keçirilir.

"Həmin şura tərəfindən tənzimlənən 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib. Bu da ümumi dərmanların 2%-ni təşkil edir. 277 dərmandan 126-sı Rusiya, Ukrayna və Belarusiya istehsalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024