Mobil versiya
İsmayıllıda mikroavtobus ağaca çırpılıb, sürücü və 7 sərnişin xəsarət alıb
Tarix: 05-12-2022 | Saat: 15:12
Bölmə:Ölkə | çapa göndər

İsmayıllıda mikroavtobus ağaca çırpılıb, sürücü və 7 sərnişin xəsarət alıb

İsmayıllı rayonunda mikroavtobus ağaca çırpılıb, 7 sərnişin xəsarət alıb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü - Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və mikroavtobusda olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024