Mobil versiya
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barəsində qərar verildi
Tarix: 05-12-2022 | Saat: 09:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barəsində qərar verildi

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

aia.az-ın xəbərinə görə, bu barədə rayon məhkəməsində qərar elan olunub.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb.

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə