Ana Sayfa > Karusel / Gündəm > Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barəsində qərar verildi
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barəsində qərar verildi5-12-2022, 09:45. Yazar: sevinc1 |
Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. aia.az-ın xəbərinə görə, bu barədə rayon məhkəməsində qərar elan olunub. Hazırda istintaq davam edir. Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb. Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub. Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb. aia.az Geri dön |