“Orta Dəhliz” Azərbaycanın iqtisadi gücünü və logistika imkanlarını artıracaqdır
Tarix: 02-12-2022 | Saat: 17:00
Bölmə:Ölkə / Özəl | çapa göndər
Azərbaycanın geostrateji mövqeyi həmişə - ta qədi zamanlardan müxtəlif ticarət yollarının üstündə yerləşməsinə görə hamını cəlb etmişdir. diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün heç də asan olmamışdır. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə veribi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edən bir nəqliyyat dəhlizində szö sahibi olmaq indiki dövrdə xeyli problemin həll olunması, regionda söz sahibi olmaq, güc deməkdir.
Bu baxımdan cənab Prezident İlham Əliyevin maraqların toqquşduğu bir regionda mahir diplomatik bacarığı elə və yürütdüyü siyasətlə Azərbaycanın iqtisadi və regional maraqlarını özündə əhatə edən məsələrədə qətyyətli mövqeyi çox mühüm əhəmiyyət daşıyır.
25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən cənab Prezident məsələyə özününbaxışları və azərbaycanın maraqları baxımından yanaşaraq bu layihənin relallaşması və dünya ticarətində oynadığı rolu xarakterizə etmişdir. Cənab Prezident qeyd etmişdir ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir.
Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. Bu da iki qitə arasında ticarətdə Azərbaycana ciddi üstünlüklər verir ki, siyasi məslələrdə də bu üstünlüklərdən istifadə etmək mümkündür. Azərbaycanın açıq dənizə, okeanlara çıxışının olmamsı səbəbindən dəhlizin ölkəmiz üçün nəqədər əhəmiyyətli olduğu, təhlükəsizlik baxımından səmərəliliyi nəzərə alınmalı, nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır.
Bu və digər məsələlərə münasibətini bildirən cənab prezident İlham Əliyev demişdir: “Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq”.
Qeyd etmək lazımdır ki, Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan Azərbaycanın dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına ciddi tələbat var. Bu da Azərbaycanın geostrateji mövqeyini xeyli gücləndirir və siyasi divident kimi ölkənin aktivinə yazılır.Laçın hava limanının tikintisi başa çatdıqdan sonra Azərbaycanda doqquzuncu hava limanı olacaq ki həmin limanlarla təkcə sərnişin daşıması yox, həm də yüklərin daşınması nəzərdə tutulur.
Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.
Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanması, Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişafı, Türk Döblətləri Şurasına daxil olan qardaş ölkələrlə münasibətlərin yeüksək səviyyədə olması bu layihədə önəmli aktor kimi iştirakımıza zəmin yaradır.
Təbiidir ki, bütün bunlar ölkəı başçısının səyi və gərgin mübarizəsi nəticəsində reallaşmışdır.
Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcəkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ