Mobil versiya
Laçın rayonunun kapitulyasiya yolu ilə Azərbaycana qaytarılması, Ermənistan ordusunun diz çökməsi və kütləvi itkilərdən qurtuluşu idi.
Tarix: 01-12-2022 | Saat: 00:01
Bölmə:Siyasət / Özəl | çapa göndər

Laçın rayonunun  kapitulyasiya yolu ilə Azərbaycana qaytarılması, Ermənistan ordusunun diz çökməsi və kütləvi itkilərdən qurtuluşu idi.

Son zamanlar regionumuzda cərayan edən hadisələr bizi günbə-gün Qarabağa, doöma torpaqlarımıza qovuşmağa yaxınlaşdırırdı. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın haqq işi ilə əlaqədar çıxışları, diplomatiyamızın ermənilər üzərindəki tam qələbəsi və erməni riyakarlığının bütün istiqamətlərdə süqutu qalibiyyətimizə zəmin yaradırdı. Ermənistan rəhbərliyi də sanki işğal etdikləri torpaqların öz halal sahiblərinə qaytarılacağını hiss etmişdilər. Odur ki, özgə torpaqlarında müvəqqəti məskunlaşmaya üstünlük verir, bütün infrastrukturu və yaşayış binalarını məhv edərək dağıdırdılar. Bax budur erməni xisləti, erməni vandalizmi. Bəs bu kimi vəhşiliklərlə , genosidlərlə tarixə düşmüş bir milləti dəstəkləyənlərə nə ad vermək olar ? Sanki ermənilər törətdikləri iyrəncliklərə görə Allahın qəzəbinə tuş gəldilər.


Nəhayət Azərbaycan xalqının böyük intizarla gözlədiyi o gün yetişdi. 27 sentyabr 2020-ci il yenidən Vətən müharibəsi başladı. Bütün millətimizin sevincinə səbəb olan, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış o gün həm də qürur və qeyrətimizi özümüzə qaytardı. Allahın izniylə başlayan haqq-ədalət savaşı Azərbaycan xalqının vahidliyini, birliyini, öz vətəni-torpaqları uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut etdi . Cəmi 44 gün davam edən və “Vətən Müharibəsi” adlanan bu savaşda Rəşadətli Ordumuz düşmənə qarşı nifrətə, qisasa köklənərək , bütün gücünü nümayiş etdirdi və qələbə qazandı. Qazanılan qələbə zamanı Azərbaycan xalqı həmişə olduğu kimi, bir daha beynəlxalq qanunların aliliyinə riayət etdi. 28 ildə ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların həll edə bilmədiyi münaqişəni , Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə cəmi 44 gün ərzində həll etdi. Ermənistan ordusu Qarabağda kütləvi sayda itkilər verərək ,geri çəkilir və demək olar ki, cəbhənin bütün istiqamətlərində canlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən mühasirəyə düşməsi təhlükəsi ilə üz-üzə idilər. Artıq onların yeganə yolu ağ bayraq qaldıraraq, təslm olmaq idi ki, onu da etdilər. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri 2020-ci il dekabrın 1-də Laçın rayonuna daxil olaraq, orada Azərbaycanın Dövlət Bayrağını qaldırdılar. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.

Bütün bunlara rəğmən erməni dığaları tam dərk etməlidir ki, bu xalq döyüşməyi bacarır ,biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz.

Artıq böyük qürur hissi ilə deyə bilərik ki, “ Dəmir yumuruq ” sayəsində ermənilərin başını əzərək , işğaldan azad olan torpaqlarimizın siyahısına Laçın rayonu da əlavə olundu. Və həm də Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilmişdir. Təbii ki, xalqımız Laçının azad olunacağı günə bütün varlığı il inanırdı .

Həmişə qurub-yaratmaq həvəsilə yaşayan Azərbaycan xalqı indi o acınacaqlı, torpaqlarının işğala məruz qaldığı ağır illəri geridə qoyaraq, yenidən azad olunmuş torpaqlarda quruculuqla , abadlıqla məşğul olmaq haqqında düşünür. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da həmin torpaqların sakinlərinin qısa bir zamanda öz yurd-yuvalarına qayıtmaları üçün var gücü ilə çalışır. Onun alınan torpaqlara tez-tez səfər etməsi bu qayıdışı günü-gündən sürətləndirir.

Bu gün Laçınlılar da digər azad olunmuş rayonlarımızın sakinləri kimi, çox böyük səbirsizliklə öz dədə-baba torpaqlarına qayıdacaqları günü gözləyirlər.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024