Mobil versiya
Sabah hava necə olacaq?
Tarix: 30-11-2022 | Saat: 12:55
Bölmə:Ölkə | çapa göndər

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, yağıntı axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024